“Fiorentina”nın baş məşqçisi istefaya bir addımlıqdadır

Baş səhifə

Bakı. Trend:

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli istefaya bir
addımlıqdadır.

Trend xəbər verir ki, əgər o,
komandanı qarşıdakı iki Serie A turunda böhrandan çıxara bilməsə,
22 noyabrda “Yuventus”a qarşı keçiriləcək oyuna “bənövşələr”i başqa
bir mütəxəssis hazırlayacaq.




19-cu pillədə qərarlaşan “Fiorentina” növbəti iki turda evdə 6
xala malik “Lecce” ilə, səfərdə isə cədvəlin sonuncusu olan, 3 xal
toplayan “Genoa” ilə qarşılaşacaq.

Qeyd edək ki, Piolinin məşqçi heyətində rusiyalı Aleksandr
Nizelik də çalışır. O, Rusiyada Sergey Semakın rəhbərliyi altında
“Ufa” və “Zenit”də işləməsi ilə tanınır. Baş məşqçi istefaya
göndərildiyi halda belə, Nizelik “Fiorentina”da fəaliyyətini davam
etdirə bilər.