
Beyləqan. Trend:
Beyləqanda qəza zamanı 4 nəfər xəsarət alıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun
Daşburun qəsəbəsi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes markalı avtomobil qarşıdan
gələn “KİA” markalı avtomobil ilə toqquşub. Nəticədə avtomobildə
olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu,
1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il
təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü
Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır


