Əlaqəliliyin möhkəmləndirilməsi üzrə təşəbbüslər Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir – BVF

Baş səhifə

Bakı. Trend:

Əlaqəliliyin möhkəmləndirilməsi üzrə təşəbbüslər Azərbaycanın öz
iqtisadiyyatını şaxələndirməsinə imkan verir.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi
Asiya departamentinin direktoru Cihad Azur onlayn brifinqdə
Trend-in sualını
cavablandırarkən bildirib.

“Kommunikasiyaların gücləndirilməsinə və müxtəlif dəhlizlərin –
həm enerji, həm də ticarət – inkişafına yönəlmiş təşəbbüslər
Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir və
qarşılıqlı əlaqəliliyini artırmaq imkanı yaradır. Bunun üçün bir
sıra vacib addımlar atılmalıdır. Ən başlıcası, ticarətin
şaxələndirilməsinə və özəl sektorun iqtisadiyyatda iştirakının
gücləndirilməsinə töhfə verən islahatların davam etdirilməsidir”, –
deyə o bildirib.




Azur əlavə edib ki, dövlət müəssisələrinin fəaliyyətinin
səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar da düzgün
istiqamətdə atılmış addımdır.

“Bundan əlavə, son dövrlərdə geosiyasi vəziyyətdəki müsbət
inkişaflar, xüsusilə Orta Dəhlizin potensialının inkişafı
baxımından inteqrasiyanın genişləndirilməsi və sürətləndirilməsi
üçün əlverişli şərait yaradır”, – deyə o əlavə edib.