
Bakı. Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya-Sakit Okean
İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak məqsədilə Pekindən
Koreya Respublikasına yola düşüb.
Trend xəbər verir
ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Çin lideri Cənubi Koreya prezidenti Li Ce Myonun dəvəti ilə
Kyonqjuda keçiriləcək 32-ci APEC İqtisadi Liderlərinin Görüşündə
iştirak edəcək.
Si Cinpini səfərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Katibliyinin rəhbəri Çay Çi, xarici işlər naziri Van İ və Dövlət
Şurasının vitse-prezidenti He Lifen müşayiət edir.


