
Niderlandda keçirilən parlament seçkilərində ilk proqnozlara əsasən, Avropayönlü “Demokratlar 66” (D66) partiyası öndədir.
“Report” xəbər verir ki, bu barədə “Ipsos” tədqiqat mərkəzinin keçirdiyi “exit-poll”un məlumatlarında göstərilib.
Qeyd olunub ki, sosial-liberal mərkəz partiyası parlamentdəki 150 yerdən 27-sinə sahib olacaq.
Radikal sağçı Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyasının (PVV) 25, liberal yönlü VVD partiyasının isə 23 yer deputat mandatına sahib olacağı ehtimal edilir. Exit-poll nəticələri NOS telekanalında canlı yayımlanıb.
Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəliblər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


