U23 dünya çempionatında tarixi uğur

Baş səhifə

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında
güləşçilərimiz 7 medal qazandı.

Trend xəbər verir
ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında
təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə
tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana
keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına
görə ən yaxşı nəticəmizdir.




Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan
(5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63
kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov
(125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay
Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü
pilləsinə yüksəlib.