
HƏMAS və İsrail Qəzza zolağında atəşkəsə riayət etməyə sadiq olduqlarını təsdiqləyiblər.
“Report” TASS-a istinadən xəbər ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Nyu-Yorkda Xarici Əlaqələr Şurasının iclasında çıxışı zamanı bildirib.
O, son atəşkəs pozulmasının gözlənilən olduğunu deyib: “Hər iki əsas tərəf atəşkəsə riayət etməli və razılaşmaya əməl etməli olduqlarını qəbul edir”, – Əl Tani vurğulayıb.
O, ABŞ-nin mühüm rolunu qeyd edərək Dohanın atəşkəsə riayət olunmasını təmin etmək üçün hər iki tərəflə fəal şəkildə təmasda olduğunu əlavə edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


