Azərbaycan və Oman xarici işlər nazirlərinin təkbətək görüşü olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər
naziri Bədr əl-Busəidi ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan ilə Oman arasında tərəfdaşlığın dərinləşməsi
üçün davamlı yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin
mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tərəflər iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə
əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər.

Görüşdə mühüm bir hadisə olan Azərbaycanın Məsqətdə səfirliyinin
rəsmi açılışı xüsusi qeyd olunub. Bildirilib ki, bu addım iki ölkə
arasında münasibətlərin inkişafı üçün mühüm yeni təkan olacaq.

Tərəflər, həmçinin, BMT, Qoşulmama Hərəkatı (NAM) və İƏT (İslam
Əməkdaşlıq Təşkilatı) çərçivəsində səmərəli əməkdaşlıqlarını yüksək
qiymətləndiriblər.

Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT Sammiti
və Dünya Şəhərsalma Forumu kimi yüksək səviyyəli tədbirlər fonunda
sıx əməkdaşlığın vacibliyi vurğulanıb.