Azərbaycan səhiyyə və İTS sistemi sahəsində Koreyanın təcrübələrini öyrənir

Baş səhifə

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB əməkdaşları
Koreya Respublikasında səfərdə olublar.

Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, səfər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
(KOICA) tərəfindən “Azərbaycanda tibb müəssisələrinin sığorta
siyasətləri üzrə bacarıqlarının artırılması” layihəsi çərçivəsində
təşkil edilib.




Səfər Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi
sahəsində qazandığı təcrübələri öyrənmək məqsədi ilə təşkil
olunub.

Səfərin ilk günündə təlim iştirakçılarının Azərbaycan və ölkənin
səhiyyə sistemi haqqında hazırladıqları təqdimatlar dinlənilib.