“Udineze”nin yarımmüdafiəçisi “Yuventus”a keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Udineze”nin yarımmüdafiəçisi Artur Atta İtaliyada klubunu
dəyişə bilər.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Yuventus” fransalı futbolçunun
xidmətində marraqlıdır.




“Ağ-qaralar” 22 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa
çalışacaq.

Qeyd edək ki, “Udineze” Artur Attanı mövsümün əvvəlində “Mets”dən 8 milyon avroya transfer edib.