Ötən gün 50 cinayətin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki
dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata əsasən, axtarışda
olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində
axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Həmçinin narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt
müəyyən edilib.

Qurumdan əlavə olunub ki, cinayət törətməkdə şübhəli bilinən 43
nəfər saxlanılıb.