ABŞ sərhədlərdə üz tanıma texnologiyasını genişləndirir

Baş səhifə

Bakı. Trend:

ABŞ hökuməti, viza müddətini pozanların və pasport
saxtakarlığının qarşısını almaq məqsədilə sərhədlərdə üz tanıma
texnologiyasının istifadəsini genişləndirəcəyini açıqlayıb.

Trend ABŞ KİV-ə
istinadən xəbər verir ki, yeni qayda dekabrın 26-dan qüvvəyə
minəcək və hava limanları, dəniz limanları, quru keçid məntəqələri,
eləcə də digər çıxış nöqtələrində miqrantların üz şəkli, barmaq izi
kimi biometrik məlumatların toplanmasına icazə verəcək.

Əvvəlki qaydalara görə, 14 yaşdan kiçik uşaqlar və 79 yaşdan
yuxarı yaşlılar bu prosedurlardan azad idilər, lakin yeni qayda bu
istisnaları aradan qaldırır.




Bu addım, ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni
miqrasiyanın qarşısını almaq və xüsusilə viza müddətini pozanların
sayını azaltmaq məqsədilə həyata keçirdiyi daha geniş sərhəd
təhlükəsizliyi tədbirlərinin bir hissəsidir.

2023-cü ildə verilən məlumatlara görə, ABŞ-də qeyri-qanuni
yaşayan 11 milyon miqrantın təxminən 42%-i viza müddətini pozaraq
ölkədə qalıb.