
Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.
“Report”-un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.
Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27 ailə (92 nəfər) çatdırılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


