ABŞ-nin Tokiodakı səfirliyi yaxınlığında insident baş verib

Baş səhifə
ABŞ-nin Tokiodakı səfirliyi yaxınlığında insident baş verib

ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinə bir neçə gün qalmış ölkənin Tokiodakı səfirliyi yaxınlığında bıçaqlı şəxs saxlanılıb.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən məlumat verir.

Hadisə nəticəsində xüsusi təyinatlı bölmənin əməkdaşlarından biri xəsarət alıb.

Insidentin səbəbləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hücumun təfərrüatlarını araşdırır.

Hadisə ABŞ Prezidenti Donald Trampın 27-29 oktyabr tarixlərində Yaponiyaya planlaşdırılan səfərindən bir neçə gün əvvəl baş verib. Səfər çərçivəsində ABŞ lideri imperator Naruhito və yeni seçilmiş Baş nazir Sanae Takaiti ilə görüşməyi planlaşdırır.