
ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə potensialını sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına bildirib.
Tramp əməliyyatı qüsursuz hücum kimi qiymətləndirib.
“ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə obyektlərini cəhənnəmə döndərdi və nüvə potensialını sıradan çıxardı. Tehran sağ qalmaq üçün mübarizə apardı”, – Ağ Ev lideri qeyd edib.
Tramp əlavə edib ki, sanksiyalar İranı çox zəif edib.
O, İranın yüksək rütbəli hərbi komandirlərinin, o cümlədən Qasım Süleymaninin öldürülməsini Tehranın qüdrətinin zəiflədiləsinin açarı kimi göstərib.


