Almaniyada atışma olub, ölən var

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən
silahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət
alması ilə nəticələnib.

Trend xəbər verir ki, polisin
məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa
müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş
açıldığı bildirilib. Nəticədə bir nəfər aldığı güllə yarasından
hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların
sayı və vəziyyəti barədə məlumat verilməyib.




Polis hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxs
qismində saxlayıb. Onun insidentdə iştirak edib-etmədiyi
araşdırılır. Hazırda ərazidə əməliyyat-axtarış və istintaq
tədbirləri davam edir. Hadisə yerinə polis helikopteri cəlb
olunub.