Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 159 milyon manat xərclənib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və yaxud 10,2 % azdır.
Məlumata görə, hesabat dövründə mənzil və kommunal təsərrüfatı xərclərinin 57,3 %-i icra edilib.
Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərclərinə 277,4 milyon manat ayrılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

