
Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə
edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması
baxımından tarixi əhəmiyyət kəsb edir.
Trend-in
məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu
Forumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bölgədə kommunikasiyaların açılması, o
cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan
Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar
üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət
edəcək.
“Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş
razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin
mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat
şəbəkəsində rolunun artmasına töhfə verəcək.
Yeri gəlmişkən Azərbaycan regionda əməkdaşlığın və etimad
mühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir.
Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə
bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan
qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib.
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması
bu baxımdan atılmış ilk praktiki addımdır”, – deyə Əliş Əsədov
vurğulayıb.

