Azərbaycan Asiya və Avropanı birləşdirən vacib körpüyə çevrilir – Estoniya səfiri

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Asiya və Avropa arasında körpü qismində getdikcə daha
mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir
ki, bunu Estoniyanın Azərbaycandakı səfiri Vayno Reynart Bakıda
keçirilən Mərkəzi Baltik-Azərbaycan” biznes forumunda deyib.

“Azərbaycan, məlum olduğu kimi, xüsusilə regionda baş verən son
geosiyasi dəyişikliklər fonunda, logistika baxımından getdikcə daha
vacib rol oynayır və Asiya ilə Avropa arasında körpü funksiyasını
yerinə yetirir. Əminəm ki, güclü tərəflərimizi birləşdirməklə,
uğurlu gələcək təmin edə bilərik”,- deyə səfir qeyd edib.




Reynart vurğulayıb ki, Estoniya Azərbaycan şirkətləri ilə birgə
rəqəmsal həllərin təşviqi sahəsində əməkdaşlıq edir, həmçinin
Azərbaycan hökumətinə bu xidmətlərin tətbiqi və rəqəmsal
sistemlərin inkişafı istiqamətində dəstək göstərir.

“Düzdür, ticarət göstəriciləri hələlik nisbətən təvazökardır,
lakin son illərdə onlar artmaqdadır və bu da ölkələrimiz arasında
möhkəm siyasi əlaqələrin nəticəsidir”, – deyə səfir əlavə edib.