Bakı. Trend:
İki tərəf arasında kəskin ticarət mübahisələri davam edərsə, ABŞ
mülki aviasiya hissələrinin Çinə satışını yenidən dayandıra
bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
bildirib.
“Ehtiyat hissələrinin tədarükünü dayandıra bilərdik. Onlar (Çin
hakimiyyəti) ilkin hədə-qorxu gələndə biz faktiki olaraq ehtiyat
hissələrinin tədarükünü dayandırdıq”, – deyə D.Tramp jurnalistin
sualını cavablandırarkən qeyd edib.
Trampın sözlərinə görə, Çin daha sonra “400-dən çox” təyyarənin
istismarını məcburiyyətində qalıb. “Ancaq biz bunu etmək
istəmirik”, – deyə Ağ Ev rəhbəri əlavə edib.
Onun sözlərinə görə, Çin nadir torpaq elementlərinin tədarükünə
məhdudiyyətlər qoymaqla ABŞ-yi hədələyir. O bildiirib ki, Vaşinqton
isə ilk növbədə Çin mallarına yüksək idxal rüsümlarını saxlamaqla
Pekini hədələyir. “Lakin mən onları təyyarələr kimi bir çox başqa
şeylərlə də hədələyə bilərəm”, – deyə prezident qeyd edib.

