
Bakı.Trend:
İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi
ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş
verib.
Trend xəbər
verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan
Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu
xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina
partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon
xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya
edilib. Vəziyyəti stabildir.

