Buryatiyada kütləvi zəhərlənmə baş verib

Baş səhifə

Bakı. Trend:

Buryatiyada (Rusiya) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43
nəfər, o cümlədən 18 uşaq, kəskin bağırsaq infeksiyası diaqnozu ilə
xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir
ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan
Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin
(“Rospotrebnadzor”) regional idarəsi məlumat yayıb.




Qurumdan bildirilib: “Hazırda xəstəliyə 43 yoluxma faktı qeydə
alınıb, onlardan 18-i uşaqlardır. Xəstələr Respublika Klinik
Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.”

Zəhərlənmənin səbəbi hələlik məlum deyil, hadisənin
təfərrüatları aidiyyəti qurumlar tərəfindən araşdırılacaq.