Nigeriyanın hakimiyyət orqanları hərbi çevrilişə cəhddə ittiham olunan bir neçə zabitin həbsi ilə bağlı mətbuatda yayılan xəbərləri yalan adlandırıb.
“Report”un məlumatına görə, bu barədə ölkənin Müdafiə Qərargahı “X” sosial şəbəkəsində bildirib.
Bundan əvvəl “Sahara Reporters” portalı Nigeriyanın 65-ci Müstəqillik Günü münasibətilə paradın ləğv edilməsinin əsas səbəbinin dövlət çevrilişi planlaşdırdığı iddia edilən Daxili Təhlükəsizlik Müşaviri Ofisinin (ONSA) əməkdaşlarının həbs edilməsi ilə bağlı olduğunu bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

