Bakı. Trend:
Avstraliyalı mütəxəssis Anqelos Postekoqlu İngiltərənin “Nottinqem Forest” futbol klubunun baş məşqçisi vəzifəsindən azad
edilib.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər
verib.
“”Nottinqem Forest” bildirir ki, Anqelos Postekoqlu məyusedici
nəticələrdən sonra dərhal baş məşqçi vəzifəsindən azad edilib”, –
deyə klubun bəyanatında bildirilib.
Bu gün İngiltərə çempionatının səkkizinci turunda “Nottinqem ”
evdə “Çelsi”yə 3:0 hesabı ilə uduzub, komandanın bütün yarışlardakı
qələbəsiz seriyası 10 matça çatıb. Komanda 5 xalla çempionat
cədvəlində 17-ci yerdədir.

