Bakı. Trend:
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları
daşıyan qayıq batıb.
Trend xəbər verir ki, qayıqda
təxminən 30 miqrantın olduğu bildirilib. İtaliya sahil mühafizə
xidmətinin patrul gəmiləri ilə onların bəziləri xilas edilib,
həmçinin sudan bir cəsəd çıxarılıb. Sağ qalanların sözlərinə görə,
20 nəfər itkin düşüb.
Hazırda Malta qurumları ilə birgə axtarış-xilasetmə
əməliyyatları davam etdirilir. Əməliyyatlara təyyarələr də cəlb
olunub.
Qeyd edək ki, ilin əvvəlindən bu vaxtadək Aralıq dənizində
700-dək miqrant ölüb və ya itkin düşüb.

