
Bakı. Trend:
Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə
keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla
yekunlaşıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,
təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin
hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.
Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra
olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı
nümayiş etdiriblər.
Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq
səviyyəsini yüksək qiymətləndiriblər.
Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən
hərbi qulluqçular mükafatlandırılıb.

