Tramp Ukraynaya hərbi yardım variantlarını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın müxtəlif
variantlarını nəzərdən keçirdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə
jurnalistlərə deyib.

“Bəli, müxtəlif variantları araşdırıram”, – deyə o, jurnalistin
Vaşinqtonun Kiyevi Tomahawk raketlərindən başqa silahlarla təmin
edə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.




ABŞ prezidentinin sözlərinə görə, Ukrayna tərəfi “hücumedici
nəsə istəyir”.

“Mən bəzi qərarlar verməli olacağam”, – deyə D.Tramp
yekunlaşdırıb.