
Bakı. Trend:
ABŞ-nin “Apple Inc.” şirkəti yeni “M5” çipini təqdim edərək onu
iPad Pro planşetlərinə, “Vision Pro” virtual reallıq eynəklərinə və
14 düymlük displeyli “MacBook Pro” noutbuklarına inteqrasiya
edib.
Trend-in
məlumatına görə, bu barədə şirkətin press-relizində bildirilib.
Məlumata əsasən, “M5” 3nm proses texnologiyasından istifadə
edir, hər nüvədə süni intellekt sürətləndiricisi olan on nüvəli
qrafika prosessoru və əvvəlki nəsil “M4” çipi ilə müqayisədə daha
güclü mərkəzi prosessora malikdir.
“M5” qrafika prosessoru süni intellekt tapşırıqları üçün
maksimum hesablama gücü M4-dən dörd dəfə çoxdur.
“M5” ilə yeni iPad Pro, Vision Pro və MacBook Pro üçün
əvvəlcədən sifarişlər artıq açıqdır və onlar oktyabrın 22-də satışa
çıxarılacaq.

