Elektrikli avtomobil sürənlərin nəzərinə

Baş səhifə

Yüksək temperaturda və sürətli şəkildə aparılan şarj batareyaların ömrünü 50 faizədək uzada bilər.

Metbuat.az xəbər verir ki, elektrikli avtomobil batareyalarını araşdıran ABŞ-nin Stenford Universiteti və Toyota Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər.

Məlumata görə, 186 litium-ion hücrələri üzərində aparılan testlər göstərib ki, batareyanın davamlılığını müəyyən edən əsas amil onun istehsal zamanı edilən ilk şarjıdır. Ənənəvi olaraq 10 saat çəkən bu prosesin 55°C temperaturda 20 dəqiqəyə qədər qısaldılması nəticəsində anod səthində daha stabil qoruyucu qat formalaşır. Qeyd olunub ki, bu nailiyyət süni intellektin dəstəyi ilə əldə olunub – sistem temperatur, cərəyan və gərginlik kombinasiyalarını analiz edərək ən optimal şarj şəraitini müəyyənləşdirib.

Mütəxəssislərə görə, yeni metodun kommersiya tətbiqi üçün hələ uzunmüddətli testlər aparılmalıdır. Bu texnologiyanın 2027-ci ildən etibarən geniş istifadəyə veriləcəyi gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.