Bakı. Trend:
NATO ölkələrinin yarıdan çoxu Ukrayna üçün ABŞ-d’n silah
alınmasını nəzərdə tutan @Prioritized Ukraine Requirements List”
(PURL) proqramına qoşulmağa hazır olduqlarını bəyan ediblər.
Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark
Rutte Kiyevə silah tədarükü ilə bağlı müdafiə nazirləri
səviyyəsində təmas qrupunun iclasından sonra keçirilən mətbuat
konfransında bildirib.
“Yalnız ABŞ-ın təmin edə biləcəyi silah növləri var və bunun
alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz
iclasa başlayanda bu təşəbbüsdə 6 NATO ölkəsi iştirak edirdi, lakin
görüşdən sonra NATO ölkələrinin yarıdan çoxu – 16-17 ölkə ona
qoşulmağa hazırdır”, – deyə o qeyd edib.
NATO-nun baş katibi deyib ki, ümumilikdə, ABŞ-dən və ya
ikitərəfli əsasda alınmış yeni silahların Ukraynaya tədarükü
niyyəti 19 müttəfiq dövlətin təmas qrupunun iclasında açıqlanıb,
lakin o, hansı silahların müzakirə olunduğunu dəqiqləşdirməyib.

