Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

Baş səhifə

Bu ilin yanvar-sentabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 990,2 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.

9 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə 13 % artaraq 1 milyard 7,9 milyon manat olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.