Yağış yağacaq, daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i
gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı,
şimşək çaxacağı gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli
intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə
sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı,
bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.