Hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 3,105
milyon sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən
xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5
faiz çoxdur.




Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl
müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 8 faiz azalaraq 289,1 min ton
olub.