Messi növbəti tarixi rekorda imza atıb

Baş səhifə

Bakı. Trend:

Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel
Messi milli komandalar səviyyəsində ən çox məhsuldar ötürmə edən
futbolçu kimi yeni rekord müəyyənləşdirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Oktyabrın 15-də Argentina yığması yoldaşlıq görüşündə
Puerto-Riko komandasını 6:0 hesabı ilə məğlub edib. Messi bu
görüşdə iki qol ötürməsi ilə yadda qalıb və ümumi ötürmələrinin
sayını 60-a çatdırıb. Bununla da o, ABŞ futbolçusu Lendon Donovanın
(58) nailiyyətini geridə qoyub.

38 yaşlı Messi 2023-cü ildən “İnter Mayami” klubunda çıxış edir.
Karyerası ərzində o, İspaniyanın “Barselona” və Fransanın “PSJ”
klublarında da oynayıb. “Barselona”nın heyətində hücumçu İspaniya
çempionatının onqat qalibi, Çempionlar Liqasının dördqat və
Klublararası Dünya Çempionatının üçqat qalibi olub.