Ronaldo yeni rekorda imza atıb

Baş səhifə

Bakı. Trend:

Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində ən
çox qol vuran futbolçu kimi yeni rekorda imza atıb.

Trend xəbər verir ki, 40
yaşlı Portuqaliya hücumçusu Macarıstana qarşı oyunun 22-ci
dəqiqəsində hesabı bərabərləşdirib və ilk hissəyə əlavə olunmuş
dəqiqələrdə komandasını önə keçirib.




Bu qollar Ronaldo üçün seçmə mərhələlərdə vurduğu 40-cı və 41-ci
qollar olub. O, 2016-cı ilin 6 sentyabrından bəri rekordu əlində
saxlayan Qvatemalalı Karlos Ruisi geridə qoyub.