Bakı. Trend:
Dünyada meşələrin qırılması prosesi sürətlə davam edir. Ötən il
8,3 milyon hektar meşə sahəsi məhv edilib ki, bu da 2022-ci illə
müqayisədə 1,7 milyon hektar çoxdur.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, 2021-ci ildə Qlazqoda keçirilən BMT İqlim
Konfransında 140-dan çox ölkə 2030-cu ilədək qlobal meşə
qırılmasını dayandırmağı öhdəsinə götürsə də, proses əks
istiqamətdə davam edir. Xüsusilə tropik meşələrin vəziyyətinin daha
ağır olduğu bildirilir.
Qeyd olunub ki, hazırda dünyada yalnız 10,6 milyon hektar meşə
sahəsində bərpa işləri aparılır. Bu, potensial olaraq bərpa oluna
biləcək ərazilərin cəmi 5,4 faizini təşkil edir.

