Bakıda şirkətdən 7 min manat oğurlanıb, 2 mühafizəçi saxlanılıb

Baş səhifə

Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

APA DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.