
Bak.Trend:
Mədəni indibahın təməli təhsildir.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya”
mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış
mərasimində deyib.
O bildirib ki, Azərbaycanda son illərdə təhsilin inkişafına
xüsusi diqqət göstərilib:
“Biz bilirik ki, təhsil inkişafına qoyulan bu dəyər gələcək üçün
ən böyük sərmayədir. Dünya günbəgün dəyişir, yeni çağırışlar baş
qaldırır. Son illərdə təhsilə yönəlmiş investitsiyalar insan
kaptalına yönələn siyasətləri əhatə edir. Mədəni indibahın təməli
təhsildir. Biz birgə çalışır, xüsusilə təhsillə bağlı yeni
layihələr həyata keçirirk. Qızların təhsilinə dəstək layihəsi
çərçivəsində həyata keçirilən proqramlara qısa müddət ərzində xeyli
şəxs cəlb olunub. Bu təşəbbüslər sadəcə fərdi talehləri dəyişmir,
regonlarda sosial ədaləti və gender bərabərliyini artırır”.
Bahar Muradova qeyd edib ki, 3000-ə dək qız erkən evliliyə son
deyək təlimlərinə cəlb olunub və maarifləndirilib.
Onun sözlərinə görə, eyni zamanda müharibədən zərər çəkmiş
ərazilərdə aparılan sosial işdə təhsilin daha çox diqqətdə
saxlanılmasına dəstək verən çoxsaylı təlimlər də davam edir.

