Bakı. Trend:
“Neftçi”nin futbolçusu Sessi D’Almeyda Afrika Millətlər
Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət
olunub.
Trend xəbər
verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və
Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-də start
götürəcək.

