
Misirdə keçirilən sammit zamanı ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı tərifləyib.
“Report” xəbər verir ki, Tramp Orbanın 2026-cı il parlament seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.
“Sən fantastiksən. Mən onu son seçkidə dəstəklədim və o, 28 punktla qalib gəlib. Əgər yeni seçkilər olsa, bu dəfə daha da yaxşı işlər görəcəksən”, – Amerika lideri Orbana müraciət edərək deyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


