
Bakı. Trend:
Cari ilin yanvar ayından sentyabr ayına qədər olan dövr ərzində
Azərbaycanın pərakəndə ticarət sektorunda ümumilikdə 594,2 milyon
manat həcmində mal, o cümlədən kompüterlər, telekommunikasiya
avadanlığı və çap məhsulları satılıb.
Bu barədə Trend
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Ticarət dövriyyəsində qeyri-ərzaq məhsullarının payı 1,3 faiz
təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 46,423 milyard
manatlıq məhsul satılıb. Bunun 25,359 milyard manatı ərzaq
məhsulları, içkilər və tütün məmulatlarının, 21,064 milyard manatı
isə qeyri-ərzaq mallarının payına düşüb. 2024-cü ilin
yanvar–sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi
real ifadədə 3,7% artıb, o cümlədən ərzaq məhsulları, içkilər və
tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,8%
artım qeydə alınıb.

