Tramp Qəzza üçün sülh və inkişaf planını təqdim edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsrail və Qəzza zolağının sabitliyi
və inkişafı naminə yeni dövr başlatmaq çağırışı ilə çıxış edib.

Trend xəbər verir
ki, bu barədə ABŞ prezidenti Knessetdə çıxışı zamanı bildirib.

“Siz bunu deməyə cəsarət tapdız: biz qalib gəldik, indi isə
gəlin həyatdan zövq alaq, İsraili bərpa edək və onu əvvəlkindən
daha güclü, daha böyük və daha yaxşı edək, bu münasibətlə sizi
təbrik etmək istəyirəm”, – deyə Tramp vurğulayıb.

O, Qəzzada sabitliyin və ləyaqətin bərpasının vacibliyini qeyd
edib:




“Qəzza sakinləri sabitliyin, təhlükəsizliyin, ləyaqətin və
iqtisadi inkişafın əsaslarının təmin olunmasına fokuslanmalıdırlar
ki, onların övladları nəhayət, həqiqətən layiq olduqları daha yaxşı
həyata qovuşa bilsinlər”.

Tramp “Sülh Şurası”nın -Qəzzanın bərpasına yönəlmiş çoxtərəfli
təşəbbüsün yaradıldığını elan edib və ərəb və müsəlman ölkələrinin
bu işə əhəmiyyətli maliyyə dəstəyi göstərəcəyini vurğulayıb.

“Bir çox ərəb dövlətləri Qəzzanın bərpası üçün böyük vəsait
ayırmağa hazır olduqlarını bildiriblər. Mən əminəm ki, bu, baş
tutacaq”, – deyə o qeyd edib.