
Bakı. Trend:
İsrailin baş naziri Binmayin Netanyahu ABŞ-nin Prezidenti Donald
Trampı “İsrailin Ağ Evdə indiyə kimi olmuş ən böyük dostu”
adlandırıb.
Trend xəbər verir
ki, bu barədə baş nazir Knessetin xüsusi iclasında iştirakı zamanı
deyib.
“Cənab Prezident, bütün girovlarımızın evə qaytarılmasını təmin
edəcək, müharibəni bütün məqsədlərimizə çatmaqla sona çatdıracaq və
tarixi sülhə qapı açacaq təşəbbüsünüzdə göstərdiyiniz qətiyyətli
liderliyə görə sizə təşəkkür etmək üçün sizi burada salamlayırıq”,
– deyə Netanyahu bildirib.
“Siz bu sülhə sadiqsiniz, mən də bu sülhə sadiqəm – və birlikdə
biz uğura imza atacağıq. Biz bunu əvvəllər, İbrahim Razılaşmaları
çərçivəsində etmişdik və yenə də edəcəyik”,- Netanyahu əlavə
edib.
Baş nazir Tramp administrasiyasına İranın nüvə proqramının
dayandırılmasına və Yəməndə husi qüvvələrinin zəiflədilməsində
göstərdiyi yardıma görə təşəkkür edib, eyni zamanda ölkənin hərbi
uğurlarını yüksək qiymətləndirib . “İsrailin demək olar ki, 2000 ən
yaxşı oğlu həyatını qurban verib”, – deyə baş nazir vurğulayıb.
“Sizin ağrınızın dərinliyini anlayıram və şəhid döyüşçülərimizin
ailələrinə müraciət edirəm: İsrail dövləti sizin qarşısınızda əbədi
minnətdarlıqla baş əyir”, o qeyd edib.


