Tramp Knessetin qonaq kitabında qeyd qoyub: Böyük gün, yeni başlanğıc

Baş səhifə
Tramp Knessetin qonaq kitabında qeyd qoyub: Böyük gün, yeni başlanğıc

ABŞ Prezidenti Donald Tramp Knessetin qonaq kitabında qeyd qoyub və İsraillə HƏMAS arasında müharibənin bitdiyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

“Bu mənim üçün böyük şərəfdir. Böyük və gözəl gün, yeni başlanğıc”, – D.Tramp yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti yaxın zamanda Knessetdə çıxış edəcək. Parlamentdə Trampı İsrailin Baş naziri Benyamin Netanyahu müşayiət edir.