Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükü barədə Putini xəbərdar edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini
Ukrayna münaqişəsinin sülh yolu ilə həll oluna bilməyəcəyi təqdirdə
Vaşinqtonun Kiyevə “Tomahawk” raketləri verəcəyi barədə xəbərdar
edə bilər.

Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə
deyib.




“Ola bilər ki, mən Rusiya ilə “Tomahawk” haqqında danışmalı
olacam”, – deyə o bildirib.

Tramp sözlərinə görə, “Tomahawk” raketləri “inanılmaz hücum
silahıdır”.