“HƏMAS” bazar ertəsi israilli girovları azad etməyə başlayacaq

Baş səhifə
HƏMAS bazar ertəsi israilli girovları azad etməyə başlayacaq

Fələstinin “HƏMAS” hərəkatı bazar ertəsi səhər girovları azad etməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə AFP-yə müsahibəsində HƏMAS-ın sözçüsü Usama Hamdan bildirib.

“İmzalanmış sənədə əsasən, məhbus mübadiləsi razılaşdırıldığı kimi bazar ertəsi səhər başlamalıdır”, – müsahib bildirib.

Agentlik qeyd edib ki, girovlar qaytarıldıqdan sonra İsrailin həbsxanalarından təxminən 2000 fələstinli məhbusu azad edəcəyi gözlənilir.