
Bakı. Trend:
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci
oyununu keçirib.
Trend xəbər verir
ki, 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks
şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə
qarşılaşıb.
“Park de Sport” stadionunda keçirilən görüşdə Azərbaycan millisi
1:5 hesabı ilə uduzub.

