
Bakı. Trend:
Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verir.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayon sakini polisə müraciət edərək
naməlum şəxsin ona məxsus mobil telefonunu ələ keçirdiyini
bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla
əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E.Hüseynov
saxlanılıb.
Araşdırma aparılır.

