
Peru konqresi president Dina Boluarteni vəzifədən kənarlaşdırıb.
APA “Reuters” ə istinadən xəbər verir ki, onun yerinə konqres sədri Jose Jeri təyin olunub.
Jeri 2016-cı ildən bəri Perunun 7-ci prezidenti olub.
Qeyd edək ki, sabiq president Boluarte korrupsiyada və etiraz aksiyalarının ölümcül yatırılmasında ittiham olunur.
Boluarte ittihamları təkzib edir.
***
09:37
Peru Prezidenti Dina Boluarteyə impiçment elan edilib.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Qeyd edilib ki, buna səbəb ölkədə təhlükəsizlik sahəsində böhranın artması olub.
Peru Konqresi Prezidentə impiçment elan edilməsi üçün səs verib.
Qərar yekdilliklə qəbul edilib.
“Respublika prezidentini vəzifədən uzaqlaşdıran qətnamə təsdiqlənib”, – deyə sədrlik edən Xose Xeri bildirib.
Xose Xeri hakimiyyət varisliyi sırasına görə növbəti şəxs sayılır.

