Hövsanın bu hissəsində qaz olmayacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət
olacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB
məlumat yayıb.




Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə
əlaqədar 10.10.2025-ci il tarixdə saat 10:00-dan işlər
tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə
qaz təchizatı dayandırılacaq.

“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan
südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq”,- deyə əlavə
edilib.